Hüquqi şəxslər, xarici hüquqi şəxslərin yerli filialları və fərdi sahibkarlar elektron pulu yalnız özlərinə məxsus ödəniş hesablarından köçürmə yolu ilə əldə edə bilərlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Bu halda vəsait elektron pulun emitentinə köçürülür.
Qayda elektron pulun biznes subyektləri tərəfindən əldə edilməsinin yalnız nağdsız köçürmə yolu ilə həyata keçirilməsini nəzərdə tutur.
Eyni zamanda emitent elektron pul sahibinin məsafədən autentifikasiyası üçün fərdiləşdirilmiş təhlükəsizlik məlumatları təqdim etməlidir.
Bu tələblər elektron pul əməliyyatlarında istifadəçinin kimliyinin və təhlükəsizliyinin təmin edilməsinə yönəlib.