Fəaliyyətə yeni başlamış diplomatik nümayəndəliklər üçün xidməti avtomobillərin icarəyə götürülməsinə imkan yaradılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”nda əksini tapıb.
Xidməti minik avtomobilləri alınana qədər 30 gün müddətində iki ədəd nəqliyyat vasitəsi icarəyə götürülə bilər.
İcarə qiyməti orta qiymətlər əsasında müəyyən edilməlidir.
Nəqliyyat vasitələrinin icarəsi yeni nümayəndəliyin fəaliyyətinin ilkin mərhələsində nəqliyyat təminatının yaradılmasına xidmət edir.
Bununla yanaşı, nümayəndəliyin yerləşdiyi yerin iqlimi və coğrafi şəraiti nəzərə alına bilər.
Belə hallarda xidməti minik avtomobili yüksəkkeçidli avtomobil kateqoriyasından seçilə bilər.
Bu imkan xüsusilə mürəkkəb iqlim və coğrafi şəraitə malik ölkələrdə nəqliyyat təminatının uyğunlaşdırılmasına şərait yaradır.