Fiziki şəxsin müəyyən əmlakın təqdim edilməsindən yaranan zərəri həmin əmlakın təqdim edilməsindən əldə olunan gəlir hesabına kompensasiya edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Təsərrüfat fəaliyyəti üçün istifadə olunan və ya gəliri vergidən azad edilən əmlak bu qaydadan istisnadır.
Zərər yarandığı ildə tam kompensasiya edilmədikdə, gələcək üç ilədək davam edən dövrə keçirilə bilər.
Keçirilmiş zərər sonrakı dövrdə həmin əmlakın təqdim edilməsindən əldə olunan gəlir hesabına kompensasiya edilir.

