İcarə və ya kirayə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə vergi öhdəliyi yaranır.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Belə halda icarəyə verən özü və ya onun təyin etdiyi vergi agenti vergini ödəməlidir.
İcarəyə münasibətdə 14 faiz, kirayəyə münasibətdə isə 10 faiz dərəcə ilə vergi tutulur.
Vergi ödəyicisi kimi uçota alınan şəxs müvafiq qaydada bəyannamə də təqdim etməlidir.

