Qeyri-rezidentin Azərbaycandakı daimi nümayəndəliyi tərəfindən və ya onun adından aparılan ödənişlər rezident müəssisənin ödənişlərinə bərabər tutulur.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Bu qayda 125-ci maddənin məqsədləri üçün tətbiq edilir.
Beləliklə, daimi nümayəndəliyin həyata keçirdiyi müvafiq ödənişlər üzrə rezident müəssisələr üçün nəzərdə tutulan vergi qaydaları əsas götürülür.