Kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə etdiyi və ya gəlir onun sərəncamına verildiyi zaman həmin gəliri nəzərə almalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Vergi ödəyicisi xərcləri isə yalnız həmin xərcləri çəkdiyi zaman gəlirdən çıxmalıdır.
Nağd pulun alınması və ya vəsaitin müvafiq hesaba daxil olması gəlirin əldə edildiyi vaxt hesab edilir.
Maliyyə öhdəliyinin ləğv edilməsi və ya ödənilməsi zamanı da öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt gəlirin əldə edildiyi vaxt sayılır.