Borc öhdəliyi üzrə faiz və ya əmlakın icarə haqqı üzrə ödəniş müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, xərc həmin dövrlər üzrə bölüşdürülür.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Bölüşdürmə faiz və ya icarə haqqının hesablanması qaydasına uyğun həyata keçirilir.
Beləliklə, bütün məbləğin bir hesabat dövründə xərc kimi tanınmasının qarşısı alınır.
Xərc onun aid olduğu hesabat dövrlərində vergi uçotunda nəzərə alınır.
