Dövlət onkoloji xəstəliklərlə mübarizə sahəsində beynəlxalq əməkdaşlığa şərait yaradılmasını təmin edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Onkoloji yardım haqqında” qanunda əksini tapıb.
Onkoloji xəstəliklərlə bağlı hüquqi məsləhətlərin verilməsi və bu sahədə elmi tədqiqatların aparılması da dövlət təminatına daxildir.
Qanunda onkologiya sahəsində fiziki və hüquqi şəxslərin fəaliyyətinin əlaqələndirilməsi və metodiki tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur.
Bununla yanaşı, onkoloji xəstəliklərin müalicəsi üzrə tibb mütəxəssislərinin hazırlanması və ixtisaslarının artırılması təmin edilir.