
Onkoloji xəstələr onkoloji yardım göstərmək hüququ olan istənilən mütəxəssisi və tibb müəssisəsini seçmək hüququna malikdirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Onkoloji yardım haqqında” qanunda əksini tapıb.
Xəstələr konsilium və məsləhətləşmələrin aparılmasını da tələb edə bilərlər.
Onlar müayinə və müalicə üçün zəruri müddətdə stasionarda qalmaq hüququna malikdirlər.
Dövlət tibb müəssisələrində müalicə olunan xəstələr müəyyən edilmiş siyahıya uyğun dərman vasitələri ilə təmin edilirlər.
