Elektron pul təşkilatları hüquqi şəxslərə, xarici hüquqi şəxslərin yerli filiallarına və fərdi sahibkarlara açdıqları ödəniş hesabları barədə məlumat təqdim etməlidirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Məlumat müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana və ya quruma təqdim edilməlidir.
Məlumatların hansı formada və hansı müddətdə təqdim olunacağı da həmin orqan tərəfindən müəyyənləşdirilir.
Beləliklə, elektron pul təşkilatlarının açdığı ödəniş hesabları üzrə məlumatların dövlət səviyyəsində uçotunun aparılması nəzərdə tutulur.
Bu mexanizm ödəniş hesabları barədə məlumatlılığın və müvafiq dövlət nəzarətinin təmin edilməsinə xidmət edir.
