Diplomatik nümayəndəliklərin maliyyə-təsərrüfat fəaliyyəti Maliyyə Nazirliyi tərəfindən mütəmadi yoxlanılır. Heftelik.az-ın məlumatına görə, bu, “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”nda əksini tapıb. Yoxlamalar Xarici İşlər Nazirliyi ilə razılaşdırılmış cədvələ əsasən aparılır. Diplomatik nümayəndəlik maliyyə hesabatını vaxtında təqdim etmədikdə növbədənkənar yoxlama keçirilə bilər. Belə yoxlama Maliyyə Nazirliyi və Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilir. Dövlət büdcəsindən ayrılan vəsaitlər yalnız təyinatı üzrə istifadə edilməlidir. İlin sonunda istifadə olunmayan qalıq vəsait ilkin mənbəyə qaytarılmalıdır. Vəsaitlərin təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.