Ödəniş təşkilatının və elektron pul təşkilatının digər kreditorlarının tələbləri ödəniş xidməti istifadəçilərinin pul vəsaitinə yönəldilə bilməz.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Bu qadağa icra sənədlərinə, o cümlədən iflas prosesində irəli sürülən tələblərə də şamil olunur.
Həmçinin istifadəçilərin vəsaiti hesabına əldə edilmiş aktivlərə kreditor tələblərinin yönəldilməsinə yol verilmir.
Ödəniş təşkilatlarının və elektron pul təşkilatlarının iflas prosedurunun digər xüsusiyyətləri isə müflisləşmə və iflas haqqında qanunla tənzimlənir.
Bu mexanizm istifadəçilərin vəsaitlərini təşkilatın digər kreditorlarından hüquqi baxımdan ayırmağa imkan verir.
