Ödəniş təşkilatı və elektron pul təşkilatı minimum nizamnamə kapitalına malik olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Həmin təşkilatlar eyni zamanda minimum məcmu kapitala da sahib olmalıdır.
Minimum nizamnamə kapitalı və məcmu kapitalın minimum miqdarı Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilir.
Məcmu kapitalın hesablanması qaydası, strukturu və tərkibi də Mərkəzi Bank tərəfindən müəyyənləşdirilir.
Bu tələblər ödəniş və elektron pul təşkilatlarının maliyyə dayanıqlığının təmin edilməsinə yönəlib.
