Unikal eyniləşdirici ödəniş xidməti istifadəçisinin və ya ödəniş hesabının müəyyənləşdirilməsi üçün istifadə olunan hərf, rəqəm və ya simvollar kombinasiyasıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Bu identifikator ödəniş xidməti təchizatçısı tərəfindən istifadəçi üçün müəyyən edilir və ödəniş əməliyyatının həyata keçirilməsi zamanı tətbiq olunur.
Qanunda vətəndaş qüsursuzluğu anlayışı da müəyyən edilib.
Vətəndaş qüsursuzluğu nəzarət subyektlərinin benefisiar mülkiyyətçiləri, idarəetmə funksiyalarını yerinə yetirən şəxsləri və mühüm iştirak payı sahiblərinin müvafiq qanunun tələblərinə uyğun olması faktıdır.
Qanunda həmçinin müəyyən tələblərin xarici ödəniş və elektron pul təşkilatlarının yerli filiallarına da şamil edildiyi, digər anlayışların isə normativ hüquqi aktlarla müəyyən edilmiş mənaları ifadə etdiyi göstərilir.
