Gücləndirilmiş müştəri autentifikasiyası istifadəçinin ən azı iki və ya daha çox elementdən istifadə etməsinə əsaslanan autentifikasiya üsuludur.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Bu elementlər yalnız istifadəçinin bildiyi, istifadəçiyə məxsus olan və istifadəçinin sahib olduğu məlumat və vasitələrdən ibarət ola bilər.
Elementlərdən birinin pozulması digər elementlərin etibarlılığını istisna etməməlidir.
Bu autentifikasiya üsulu autentifikasiya məlumatlarının məxfiliyinin qorunmasına yönəlib.
Qanunla gücləndirilmiş autentifikasiyanın ayrıca müəyyən edilməsi ödəniş əməliyyatlarında təhlükəsizlik səviyyəsinin artırılmasına xidmət edir.