Ödəniş xidməti təchizatçıları ödəniş əməliyyatının məbləğini tam köçürməli və həmin məbləğdən xidmət haqqı tutmamalıdırlar. Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb. Bu qaydadan yalnız ödəniş xidməti istifadəçisi ilə ayrı hal razılaşdırıldıqda kənara çıxmaq mümkündür. Təchizatçı xidmət haqqının vəsait alanın hesabına mədaxildən əvvəl köçürülən məbləğdən tutulmasını vəsait alanla razılaşdıra bilər. Bu halda ödənişin tam məbləği və tutulmuş xidmət haqqı vəsait alana təqdim edilən məlumatda ayrıca göstərilməlidir. Bununla ödəniş əməliyyatı üzrə tutulmuş xidmət haqqının şəffaflığı təmin edilir.