Vəsait alanın xeyrinə ödəniş xidməti təchizatçısına daxil olan pul həmin əməliyyat günü onun ödəniş hesabına mədaxil edilməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb. Həmin gün pul vəsaitinin istifadəsinə imkan yaradılması da tələb olunur. Bu qayda qanunda nəzərdə tutulan xüsusi hallar istisna olmaqla tətbiq edilir. Mədaxil ediləcək vəsaitin valyutası hesabdakı məbləğin valyutasından fərqli olduqda müddət müqavilə ilə tənzimlənir. Beləliklə, valyuta fərqi olan əməliyyatlar üzrə ayrıca şərtlər müəyyən edilə bilər.