İstifadəçi icra olunmuş ödəniş əməliyyatını avtorizə etdiyini inkar etdikdə yalnız ödəniş alətindən istifadə faktı kifayət hesab edilmir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Bu fakt istifadəçinin əməliyyatı avtorizə etdiyini avtomatik olaraq sübut etmir.
Həmçinin bunun istifadəçinin dələduzluq məqsədilə hərəkət etdiyini və ya öhdəliklərini qəsdən və ya kobud ehtiyatsızlıqdan pozduğunu təsdiqləməsi üçün yetərli olmadığı müəyyən edilir.
Təchizatçı, zəruri olduqda isə vasitəçi, fırıldaqçılıq və ya kobud ehtiyatsızlığı təsdiq edən müvafiq sübutları istifadəçiyə təqdim etməlidir.
Beləliklə, istifadəçinin məsuliyyətə cəlb olunması üçün əlavə sübutların mövcudluğu tələb olunur.
