Vasitəçi həyata keçirilən ödəniş əməliyyatının məbləğini dəyişdirməməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Vəsait alanın dəyişdirilməsi də vasitəçinin yol verə bilmədiyi hərəkətlər sırasındadır.
Bundan başqa, ödəniş əməliyyatının hər hansı rekvizitinin dəyişdirilməsi qadağandır.
Bu tələb vasitəçi tərəfindən ötürülən ödəniş sərəncamının məzmununun qorunmasını təmin edir.
Qanunun vasitəçilər üçün müəyyən etdiyi əsas tələblər müqavilə münasibətlərinin olmadığı hallarda da tətbiq edilir.