Polis saxtalaşdırma əlamətləri olan sənədləri götürmək hüququna malikdir. Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb. Mülki dövriyyədən çıxarılmış və xüsusi icazə olmadan saxlanılan əşyalar, maddələr, materiallar və qurğular da polis tərəfindən götürülə bilər. Polis sahibsiz əmlakın saxlanılmasını təmin edir. Həmin əşyalar və əmlak barədə məsələnin həlli üçün qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görülür.
