Cinayət işinin istintaqı ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında bank məlumatları müvafiq dövlət orqanlarına təqdim edilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Bu qayda müştərinin pul vəsaitinə və bankın saxlancında olan əmlakına həbs qoyulması hallarını da əhatə edir.
Həmin məlumatlar tələb yönəldilməsi və əmlakın müsadirəsi ilə bağlı da təqdim oluna bilər.
Məlumatlar yalnız qanunda nəzərdə tutulan hallarda və müvafiq qərar əsasında açıqlanır.