Bankların və xarici bankların yerli filiallarının maliyyə fəaliyyəti hər il kənar auditor tərəfindən yoxlanılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Audit yoxlamasını aparan auditor auditor fəaliyyəti üçün xüsusi razılığa, yəni lisenziyaya malik olmalıdır.
Kənar audit bankın maliyyə fəaliyyətinin müstəqil şəkildə yoxlanılmasını nəzərdə tutur.
Audit yoxlaması “Auditor xidməti haqqında” qanunun tələblərinə uyğun həyata keçirilir.