Mərkəzi Bank bankın yeni filial və şöbələrinin açılmasını dayandıra bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Fəaliyyətdə olan filial və şöbələrin işinin dayandırılması və ya fəaliyyətinə xitam verilməsi də təshih tədbirləri sırasındadır.
Banklara maliyyə güzəştlərinin verilməsinin dayandırılması da mümkündür.
Bu tədbirlər bankın fəaliyyətinin müəyyən sahələrinin məhdudlaşdırılması məqsədilə tətbiq edilə bilər.