Mərkəzi Bank və onun təyin etdiyi kənar auditorlar banklara, onların filial və şöbələrinə, törəmə təsərrüfat cəmiyyətlərinə və xarici bankların yerli filiallarına daxil ola bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Onlar bankların hesabatlarını, mühasibat kitablarını, sənədlərini və digər uçot yazılarını yoxlamaq səlahiyyətinə malikdirlər.
Mərkəzi Bank və auditorlar yoxlanılan sənədlərlə bağlı izahatlar da tələb edə bilərlər.
Bu səlahiyyətlər bankların maliyyə və əməliyyat fəaliyyətinə nəzarətin həyata keçirilməsi üçün nəzərdə tutulub.