Bank müəyyən edilmiş öhdəlik məktubu, təshih tədbirləri və inzibatçıların vəzifədən azad edilməsi ilə bağlı tələbləri yerinə yetirmədikdə Mərkəzi Bank müvəqqəti inzibatçı təyin edə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Müvəqqəti inzibatçı təyin edilməsi bankın əvvəlki nəzarət tədbirlərinə əməl etməməsi ilə əlaqələndirilir.
Mərkəzi Bank belə halda bankın idarə edilməsinə müdaxilə etmək səlahiyyətindən istifadə edə bilər.
Bu qərar bankın rezolyusiyasının həyata keçirilməsi üçün hüquqi əsas yaradır.
