Müvəqqəti inzibatçı təyin edildikdən sonra bankın idarəetmə orqanlarının əvvəlki qaydada əməliyyat aparmaq səlahiyyəti məhdudlaşdırılır. Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb. Müvəqqəti inzibatçının təyin olunduğu gündən bankın idarəetmə orqanları tərəfindən imzalanmış əqdlər və həyata keçirilmiş əməliyyatlar hüquqi qüvvəyə malik olmur. Belə əqdlər və əməliyyatlar qanuna əsasən etibarsız hesab edilir. Müvəqqəti inzibatçı isə bankın bütün idarəetmə orqanlarının səlahiyyətlərini həyata keçirir.