Müvəqqəti inzibatçı bankın son iki il ərzində bağladığı müqavilələrdə aktivlərin ələ keçirilməsi cəhdlərini də araşdırır. Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb. Kredit və digər müqavilələrin bankın aktivlərinin ələ keçirilməsi məqsədilə bağlanması xüsusi olaraq təhlil edilir. Bəzi kreditorlara imtiyaz və güzəştlər verən ödəniş və ya əmlakla bağlı əqdlər də araşdırılır. Bankın maliyyə vəziyyətinin pisləşməsinə səbəb olan belə halların müəyyən edilməsi mümkün zərərin qarşısının alınmasına yönəlib.