İpoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrası üzrə icraatın dayandırılmasına xüsusi qayda tətbiq olunur. Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb. “İpoteka haqqında” qanunda nəzərdə tutulan hallar istisna olmaqla, belə icraat yalnız ipoteka saxlayanın razılığı ilə dayandırıla bilər. Bu tələb ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarlarının icrası zamanı nəzərə alınır. Dayandırılmış icraat üzrə hər hansı icra hərəkətinin həyata keçirilməsinə yol verilmir.