Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin və uşağın axtarışı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb. Şəxsin axtarışının elan olunması və qərarın icrası ilə bağlı məlumat və sənəd mübadiləsi elektron sistemlər vasitəsilə aparılır. Bu mübadilə “Elektron icra” informasiya sistemi ilə “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin inteqrasiyası əsasında həyata keçirilir. Borclu hüquqi şəxsin və fiziki şəxslərin əmlakının axtarılması isə icra məmurları tərəfindən həyata keçirilir.
