İcraatda nümayəndənin səlahiyyətlərinin rəsmiləşdirilməsi üçün etibarnamə tələb olunur. Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb. Etibarnamə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilməlidir. Nümayəndə yalnız müvafiq qaydada təsdiqlənmiş səlahiyyət əsasında təmsil etdiyi şəxsin adından icraatda iştirak edə bilər. Beləliklə, nümayəndənin icraatdakı hüquq və vəzifələrinin müəyyən edilməsində etibarnamə əsas sənəd hesab olunur.