İcra məmuru icra hərəkətlərinə başlamazdan əvvəl hal şahidinə onun hüquq və vəzifələrini izah etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
Hal şahidi iştirak etdiyi icra hərəkətlərinin gedişi ilə bağlı müəyyən edilmiş hüquqlardan istifadə edə bilər.
O, icra hərəkətləri ilə bağlı iradlarını müvafiq aktda əks etdirmək imkanına malikdir.
Hal şahidinin icraatda iştirakı ilə bağlı xərcləri də qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir.
