İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manat və xarici valyutada olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
Bu qayda banklarda, digər kredit təşkilatlarında və elektron pul təşkilatlarında olan vəsaitlərə də şamil edilir.
Məcburi icra tədbirləri nəticəsində borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür və bir iş günü ərzində icra xidmətinin depozit hesabına köçürülməsi təmin edilir.
Beləliklə, borclunun mövcud pul vəsaitləri tələbin ödənilməsi üçün ilk növbədə istifadə olunan əmlak hesab olunur.
