Xarici valyutanın satışından əldə olunan manat vəsaitləri qanunda müəyyən edilmiş qaydada bölüşdürülür.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
Tələbkar tutulmuş məbləği şəxsən almaq istəyən fiziki şəxsdirsə, həmin məbləğ icra xidmətinin depozit hesabına köçürülür.
Xarici valyutanın satışı və əldə olunan vəsaitin bölüşdürülməsi icra sənədinin tələblərinin yerinə yetirilməsinə xidmət edir.
Tərəflər icra məmurunun bu məsələlərlə bağlı qərarlarından onların surətlərini aldıqdan sonra üç gün ərzində məhkəməyə şikayət verə bilərlər.
