Borclunun, onun əmlakının və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin axtarışından imtina barədə qərardan şikayət verilə bilər. Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb. Tərəflər icra məmurunun qərarının surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə müraciət edə bilərlər. Bununla tərəflərə axtarışın elan edilməsindən imtina ilə bağlı məhkəmə nəzarətindən istifadə etmək imkanı yaradılır. Şikayət qanunda müəyyən edilmiş qaydada müvafiq məhkəməyə təqdim olunur.