Tələb tam və ya qismən icra edilmədikdə icra sənədi qanunda nəzərdə tutulan hallarda geri qaytarıla bilər. Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb. İcra sənədi, əsasən, onu vermiş məhkəməyə və ya digər orqana qaytarılır, notariusun icra qeydi və xüsusi icra məmurunun icraatında olan sənəd isə tələbkara qaytarılır. Tələbkarın ərizəsi belə qaytarılma üçün əsaslardan biridir. Həmçinin borclunun ünvanı, yaşayış yeri və ya əmlakı barədə məlumat əldə etmək mümkün olmadıqda qanunda müəyyən edilən şərtlərlə sənəd geri qaytarıla bilər.
