Müvəqqəti inzibatçı banka aidiyyəti olan şəxslərlə bağlanmış müqavilələri də təhlil edir. Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb. Qanunvericiliyin tələblərini pozan və ya bankın əmanətçiləri və kreditorlarının maraqları üçün təhlükə yaradan müqavilələr araşdırılır. Bankın əmlak, mal və xidmətləri real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın alması halları da müəyyənləşdirilir. Bundan başqa, kreditlərin təminatı olan əmlakın dəyərinin şişirdilməsi də araşdırılan hallara daxildir.
