Müvəqqəti inzibatçı bankın kreditorlarını və onların qarşısında olan pul öhdəliklərinin məbləğini müəyyənləşdirir. Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb. O, eyni zamanda bankın əmlakının və sənədlərinin qorunması üçün tədbirlər görür. Bankın qarşısında olan borcların qaytarılması üçün də müvafiq tədbirlər həyata keçirilir. Müvəqqəti inzibatçı bankın adından müqavilələr və digər sənədlər imzalamaq səlahiyyətinə malikdir.
