Mərkəzi Bank ödəmə qabiliyyətini itirmiş banka müvəqqəti inzibatçı təyin etdiyi gün bankın rezolyusiyası prosesinə başlayır.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Qərar bankın prudensial hesabatlarına, yoxlamaların nəticələrinə və ya kənar audit hesabatlarına istinad edilməklə əsaslandırılır.
Müvəqqəti inzibatçı Mərkəzi Bankın işçiləri sırasından və ya kənar fiziki və hüquqi şəxslərdən təyin edilə bilər.
Qərar qəbul edildikdən sonra dərhal bankın Müşahidə Şurasının və İdarə Heyətinin sədrlərinə təqdim olunur.