Mərkəzi Bank banka kredit verilməsi və depozit cəlb edilməsi qaydasının və şərtlərinin dəyişdirilməsini tələb edə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Təshih tədbirləri çərçivəsində bankdan kapitalın artırılması da tələb oluna bilər.
Bank həmçinin mənfəət hesabına kapital ehtiyatları yaratmağa məcbur edilə bilər.
Bu tədbirlər bankın maliyyə dayanıqlığının gücləndirilməsinə yönəldilir.