Mərkəzi Bank və onun təyin etdiyi auditorlar bankın inzibatçılarından, əməkdaşlarından və agentlərindən zəruri məlumatları tələb edə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Bu tələb bankın, törəmə təsərrüfat cəmiyyətlərinin, mühüm iştirak payına malik şəxslərin və aidiyyəti şəxslərin fəaliyyətinə aid məsələləri əhatə edir.
Məlumat bankın idarə edilməsinə və cari fəaliyyətinə, o cümlədən müştərilərin əməliyyatlarına aid ola bilər.
Bankın filial, şöbə və xarici bankın yerli filialının rəhbər və əməkdaşları da tələb olunan məlumatları təqdim etməlidirlər.