Kənar auditor bankın maliyyə hesabatının onun maliyyə vəziyyəti barədə tam və obyektiv təsəvvür yaradıb-yaratmadığını qiymətləndirməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Auditor bununla bağlı hesabat və rəy hazırlayır.
Kənar auditor həmçinin mühasibat uçotunun və maliyyə nəzarəti sistemlərinin lazımi səviyyədə saxlanılmasında banka kömək göstərir.
Bu tələblər bankın maliyyə hesabatlarının obyektivliyinin qiymətləndirilməsinə yönəlib.