İcraatda iştirak edən nümayəndə təmsil etdiyi şəxsin adından icraatla bağlı bütün hərəkətləri etmək hüququna malikdir. Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb. Lakin icra sənədini təqdim etmək və geri çağırmaq, səlahiyyətləri başqa şəxsə vermək üçün nümayəndəyə xüsusi səlahiyyət verilməlidir. İcra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət vermək də xüsusi qeyd olunmalı səlahiyyətlərdəndir. Tələbkarın xeyrinə qət edilmiş əmlakı, o cümlədən pulu almaq üçün də etibarnamədə xüsusi səlahiyyət göstərilməlidir.
