İcra hərəkətlərində iştirak edən hal şahidlərinin çəkdiyi xərclərin əvəzinin ödənilməsi nəzərdə tutulur.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
Hal şahidlərinin icraatla əlaqədar çəkdikləri xərclər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə aid edilir.
Bu qayda hal şahidlərinin icra prosesində iştirakından yaranan məsrəflərin kompensasiya edilməsini təmin edir.
Xərclərin əvəzinin ödənilməsi qanunla müəyyən edilmiş əsaslar çərçivəsində həyata keçirilir.