İcra məmuru borclunun banklarda və digər kredit təşkilatlarında əmlakının və hesablarının mövcudluğu barədə məlumatları elektron qaydada əldə edə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
Hesablardakı qalıqlar barədə məlumatlar əldə edildikdən sonra həmin vəsaitlərin üzərinə icra sənədinin icrası üçün lazım olan miqdarda həbs qoyula bilər.
Borclunun elektron pul təşkilatındakı hesabının və vəsaitlərinin mövcudluğu barədə məlumat da elektron qaydada əldə olunur.
Bu məlumatların əldə edilməsi icra prosesində borclunun maliyyə aktivlərinin müəyyənləşdirilməsinə imkan verir.