Borclunun üçüncü şəxslərdə olan əmlakına tələbin yönəldilməsi məhkəmənin qərardadı əsasında həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
Üçüncü şəxslərin mənzilinə daxil olmaq və orada baxış keçirmək də məhkəmə qərardadı tələb edir.
Saxlama yerlərinin açılması və həmin yerlərə baxış keçirilməsi də bu qaydada həyata keçirilir.
Borclunun üçüncü şəxslərdə olan əmlakına həbs qoyulmasına da yalnız məhkəmənin qərardadı əsasında yol verilir.