Polis öz fəaliyyəti haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət orqanlarına və əhaliyə məlumat verir.
Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb.
Polisə dövlət, ailə, peşə və kommersiya sirrini açıqlamaq qadağandır.
Həmçinin müvafiq icazə olmadan ibtidai və məhkəmə istintaqı materiallarının, şəxsi həyata və qanuni mənafelərə toxunan məlumatların açıqlanmasına yol verilmir.
İnsanların ləyaqətini alçalda bilən məlumatların yayılması da qanunun müəyyən etdiyi məhdudiyyətlərə tabedir.