Kütləvi tədbirlər zamanı ictimai asayişin təmin edilməsi polis əməkdaşlarının vəzifələrindən biridir.
Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb.
Polis kütləvi idman tədbirləri və idman yarışları zamanı da təhlükəsizliyin təmin olunmasına cavabdeh vəzifələri həyata keçirir.
Bu zaman idman obyektlərində, tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdə, bitişik ərazilərdə və təxliyə yollarında zorakılığın qarşısının alınması üçün tədbirlər görülür.
Yarış iştirakçılarının və tamaşaçıların təhlükəsizliyi və ictimai asayişin qorunması da polis tərəfindən təmin edilir.
