Xarici dövlətlərdə alınaraq Azərbaycana gətirilən nəqliyyat vasitələrinin qeydiyyatı zamanı əlavə sənədlər təqdim edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Belə nəqliyyat vasitələri üçün gömrük orqanlarının verdiyi icazə sənədi təqdim olunmalıdır.
Həmçinin nəqliyyat vasitəsinin əvvəl qeydiyyatda olduğu dövlətin daimi qeydiyyatından çıxarıldığını təsdiq edən sənəd tələb edilir.
Nəqliyyat vasitəsinin qeydiyyat və ya tranzit nişanları da təqdim olunmalıdır.
Bu tələblər hüquqi və fiziki şəxslər tərəfindən xaricdən Azərbaycana gətirilən nəqliyyat vasitələrinə şamil edilir.
