Xarici dövlətlərdə daimi qeydiyyatdan çıxarılmadan Azərbaycana 30 gündən artıq müddətə gətirilən nəqliyyat vasitələri müvəqqəti dövlət qeydiyyatından keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Bunun üçün sahibin nəqliyyat vasitəsini geriyə qaytarmaq barədə öhdəliyi və gömrük orqanlarının icazə sənədi olmalıdır.
Əcnəbilər üçün qeydiyyat müddəti vizanın müddətinə, Azərbaycan vətəndaşları üçün isə bir ildən artıq olmamaqla öhdəlik müddətinə müəyyən edilir.
Xarici qeydiyyat sənədləri və nişanları müvəqqəti olaraq saxlanca qəbul edilir.
Azərbaycan ərazisi tərk edildikdə həmin sənədlər və nişanlar sahibinə geri qaytarılır.