Cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi vəkillik fəaliyyətinin müstəsna dairəsinə daxildir. Heftelik.az-ın məlumatına görə, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda əksini tapıb. Qanunda məhkəmənin baxdığı inzibati xəta haqqında iş üzrə fiziki şəxsin müdafiəsinin də vəkillik fəaliyyətinin müstəsna dairəsinə aid olduğu göstərilir. Mülki işlər və inzibati mübahisələr üzrə şəxsin Ali Məhkəmədə təmsil edilməsi də vəkillərə məxsus fəaliyyət sahələrindəndir. Hüquq və azadlıqlarının pozulması ilə bağlı şikayət vermiş ərizəçinin Konstitusiya Məhkəməsində təmsil edilməsi də bu fəaliyyətə daxildir. Bununla vəkillərin müəyyən məhkəmə proseslərində müdafiə və təmsilçilik üzrə xüsusi səlahiyyətləri müəyyənləşdirilir.